20 Aprel 2024

Şənbə, 14:39

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ…

Azərbaycan, Dövlət Bayrağının 95 illiyini qeyd etdi

Müəllif:

12.11.2013

Və­tən­pər­vər­lik yğk dey­il. Bu, anaya olan mə­həb­bət ki­mi, müqəd­dəs­liy­i­ni bütün ömürboyu qo­ru- y­ub-sax­lay­an bir his­s­dir. Ya­şa­dığı Və­tə­nə se­vgi qa­li­bin şə­rə­fi­nə Mil­li Him­nin sə­da­la­rı al­tın­da Döv­lət Bay­rağı­nın qal­dı­rıl­dığı za­man id­man­çı­la­rın si­ma­sın­dan oxu­nur. Yə­qin ki, bu tən­tə­nə­li mə­qa­mı iz­lə­miş hər bir şəx­sin boğa­zı­nı hə­min an­da qə­hər tu­tub.

Bu il noy­a­b­rın 9-da Azər­baycan, döv­lət­çi­liy­i­nin əsas rəm­zi olan Döv­lət Bay­rağı­nın 95 il­liy­i­ni qeyd et­di. 1918-ci il noy­a­b­rın 9-da Azər­baycan De­mo­kra­tik Re­s­pub­li­ka­sı­nın (ADR) hö­ku­mə­ti tə­rə­fin­dən ilk də­fə ola­raq üç­rə­ng­li Döv­lət Bay­rağı haq­qın­da qə­rar qə­bul edi­lib. Qə­rar­da dey­i­lir­di: "Milli bayraq kimi yaşıl, qırmızı, göy rəng­lərdən, ağ aypara və səkkizguşəli ul­duz­dan ibarət olan bayraq qəbul edil­sin". Ye­ni bay­rağın müəl­li­fi azər­baycan­lı alim, fi­lo­sof, rəssam və hə­kim Əli bəy Hüseyn­za­də idi.

1918-ci il de­ka­b­rın 7-də Döv­lət Bay­rağı Par­la­ment bi­na­sı üzə­rin­də qal­dı­rı­lıb. Məm­məd Əmin Rə­sul­za­də çı­xı­şın­da dey­ir­di: "...Mil­li Şu­ra tərə­fin­­dən ucal­dıl­mış, Azər­bayca­nın müs­tə­qil­liy­i­nin rəm­zi olan, türk azad­lığı­nı, is­lam mə­də­niyyə­ti­ni və müa­sir­liyi ifa­də edən bu üçrə­ng­li bay­raq da­im ba­şı­mız üzə­rin­də da­lğ­a­la­nacaq...".

10 de­kabr 1918-ci il­də "Azər­baycan" qə­ze­tin­də dərc edil­miş mə­qa­lə­də bil­di­ri­lir­di ki, ADR-in Döv­lət Bay­rağın­da­kı üç rə­ng "türk mil­li mə­də­niyyə­ti­nin, müa­sir Av­ro­pa de­mo­kra­tiy­a­sı­nın və is­lam si­vi­li­za­siy­a­sı­nın rəm­zlə­ri­dir". Elə o za­man bə­s­tə­kar, mu­­si­qişünas, ADR-in Döv­lət Him­ni­nin müəl­li­fi Üzey­ir Hacı­bəy­ov ya­zır­dı: "Azər­baycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb... Ey­ni za­man­da, Azər­bay­can ye­ni cə­miyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət et­məyə ça­lı­şır­dı. Bay­rağı­mız­da­kı üç rə­ng bu ele­men­t­lə­ri özündə əks et­di­rir".

1919-cu il­də şa­ir Əh­məd Ca­vad (Azər­baycan Döv­lət Him­ni­nin söz­lə­ri­nin müəl­li­fi) Azər­baycan Par­la­men­ti­nin bi­na­sı üzə­rin­də da­lğ­a­la­nan bay­rağa "Azər­baycan Bay­rağı" şe­i­ri­ni həsr et­di.

So­vet İt­ti­fa­qı il­lə­rin­də unu­dul­muş Azər­baycan Bay­rağı­nın bər­pa­sı ümum­­mil­li li­der Hey­dər Əliy­e­vin adı ilə bağlı­dır. Hey­dər Əliy­e­vin Azər­baycan SSR Ali So­ve­ti­nin de­pu­ta­tı və Nax­çı­van MR Ali Məcli­si­nin sə­d­ri ol­duğu döv­rdə məhz onun tə­şəbbüsü ilə 1990-cı il noy­a­b­rın 17-də - hə­lə So­vet İt­ti­fa­qı dağıl­ma­mış - üçrə­ng­li bay­raq hüqu­qi cə­hət­dən bər­pa edi­lib. Nax­çı­van MR Ali Məcli­si­nin qə­ra­rı ilə o, Mux­tar Re­s­pub­li­ka­nın bay­rağı ki­mi qə­­bul edi­lib. Nax­çı­van MR Ali Məcli­si­nin elə hə­min ses­siy­a­sın­da Azər­baycan SSR Ali So­ve­tinə üçrə­ng­li bay­­rağın ta­nın­ma­sı­na da­ir müraci­ət olu­nub. So­nra­dan - 1990-cı il noy­a­b­rın 29-da "Azər­baycan SSR-in adı­nın və Döv­lət Bay­rağı­nın dəy­iş­di­ril­mə­si haq­qın­da" fər­man ve­ri­lib və o, 1991-ci il fe­v­ra­lın 5-də Azər­baycan Mil­li Məcli­si tə­rə­fin­dən ra­ti­fi­ka­siya olu­nub. Noy­a­b­rın 12-də isə ümum­xalq sə­s­ver­mə­si - re­fe­ren­dum yo­lu ilə müstə­qil Azər­bayca­nın ilk Kon­sti­tu­siy­a­sı qə­bul edi­lib. Onun mad­də­lə­rinin bi­rin­də öl­kə­nin üçrə­ng­li bay­rağı­nın tə­s­vi­ri ve­ri­lib.

Azər­baycan Döv­lət Bay­rağı­nın bər­pa­sın­da Hey­dər Əliy­e­vin ro­lu ha­q­da da­nı­şar­kən onun bu qə­ra­rı hə­lə Azər­bayca­nın SSRİ-nin tər­ki­bin­də ol­duğu döv­rdə qə­bul et­diyi vu­rğ­u­lan­ma­lı­dır. So­nra­dan So­vet İt­ti­fa­qı­nın di­g­ər re­s­pub­li­ka­la­rı ox­şar ad­dı­mı yal­nız SSRİ-nin dağıl­ma­sın­dan so­nra at­mağa baş­layıb və öz ta­ri­xi döv­lət rəm­zlə­ri­ni bərpa ediblər.

17 noyabr 2007-ci ildə Azər­bay­can Prezidenti İlham Əliyev "Azər­bay­can Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sə­rən­cama uyğun olaraq, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Sərəncam üçrəngli bay­rağın Azərbaycan xalqı üçün əhə­miy­yətini göstərir: "Azərbaycan Demok­ratik Respublikasının yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, mil­li-mənəvi dəyərləri, ümumbəşəri ide­yalara sadiqliyimizi nümayiş etdi­rir". 

Elə həmin il prezident "Bakıda Dövlət Bayrağı Meydanının yaradıl­ma­sı haqqında" da sərəncam imzala­yıb. Sənədə əsasən, paytaxtın Bayıl qəsəbəsində ərazisi 20 min kvadrat­metr olan ərazi yaradılıb və ərazidə eni 60 metr, uzunluğu 75 metr, çəkisi 350 kiloqram, bayraq ağacının hün­dür­lüyü isə 162 metr olan bayrağın hazırlanmasına başlanılıb. Eyni za­manda, ərazidə Bayraq Muzeyinin in­şa­sına da start verilib. 2010-cu il sent­yabrın 1-də bayraq təntənəli surətdə planlaşdırılan yüksəkliyə qaldırılıb.

Beləliklə, Azərbaycan Dövlət Bay­rağındakı mavi rəng türkçülüyü, türk xalqının azadlığını, qırmızı rəng müasirliyi, modernliyi, yaşıl rəng islam ideologiyasını özündə əks et­di­rir. Bayraqdakı qırmızı rəng həm də xal­qın işğalçıların zülmünə qarşı qəh­rəman mübarizəsini əks etdirir. Bu, inqilab, sonu qalibiyyətlə bitən müha­ribə rəngidir. XVIII əsrin sonla­rında Avropada demokratiya və azad­lıq uğ­run­da qaldırılmış bayraqların rəngi məhz qırmızı idi.

Qırmızı fonun üzərindəki ağ rəngli aypara və səkkizguşəli ulduza gəlin­cə, qeyd etmək lazımdır ki, aypara vaxtilə Bizans İmperiyasının rəmzi olub. Sonralar Konstantinopolun türk­lər tərəfindən ələ keçirildiyi vaxt ay­pa­ra bütün müsəlman dünyası tərə­fin­dən həmrəylik, dövlətçilik, azadlıq və yardım rəmzi kimi qəbul olunub.

Səkkizguşəli ulduzla bağlı bir neçə versiya var. Məsələn, bildirilir ki, ul­duzdakı guşələrin sayı ölkənin adının köhnə əlifba ilə yazılışındakı hərflərin sayını göstərir. Köhnə əlifba ilə ya­zıl­mış "Azərbaycan" sözündə məhz 8 hərf var.

Digər versiyaya görə, bu ulduz 8 müs­təqil türk dövlətinin olduğunu gös­tərir.

Səslənən başqa versiyalar da var: səkkizguşəli ulduz 8 böyük sərkərdə­nin adı ilə bağlıdır; qədim türklərin kü­ləklərə qarşı dözümlü 8 künclü yurd­larına işarədir; bu, Şimali Azər­bay­canda mövcud olmuş səkkiz xanlı­ğın birliyinin rəmzidir və s.

Bu gün Azərbaycan Bayrağı tanı­nır. Müstəqil Azərbaycan Dövlətinin rəmzinə indi bir çox siyasi tribunada və beynəlxalq təşkilatda rast gəlmək olar. Azərbaycanlılar üçün Dövlət Bay­rağının 95 illiyinin qeyd olunması böyük fəxrdir. Biz buna görə onu çi­çək­lənmə və unudulma, Azərbaycan dövlətçiliyinin süqutu və dirçəlişi illə­rindən keçirərək bu günə gətirib- çıxar­mış şəxslərə borcluyuq. 

İndi biz Azərbaycan Bayrağının Azər­baycanın bütövlük rəmzi kimi, iş­ğal­dan azad edilmiş Qarabağın üzə­rin­də dalğalanması arzusu ilə yaşayırıq.



MƏSLƏHƏT GÖR:

718